Gürcüstanda mədən qəzası - Ölənlər var


14:14     16 İyul 2018 meden2.jpg

Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.


Femida.az xəbər verir ki, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 326