"06" ilə "099" toqquşdu - Xəsarət alanlar var


14:34     16 İyul 2018 2018/07/668296_1531723623.jpg

Göygöl şəhərində 2 avtomobilin toqquşması 2 nəfərin xəsarəti ilə nəticələnib.


Femida.az report-a istinadən xəbər verir ki, səhər saatlarında "VAZ-2106" markalı avtomobillə "VAZ-21099" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, Ruslan Mehdiyev və Teymur Musayev xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin normal olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri isə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 372


Oxşar xəbərlər