Əli Həsənov seçkilərdən danışdı


16:44     02 Oktyabr 2015 eli%20h7.jpg

"Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib, bu seçki də istisna olmayacaq”


Femida.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, 1995-ci ildə çoxpartiyalı sistem çərçivəsində ilk parlament seçkiləri keçirilib, daha sonra Konstitusiya qəbul olunub: “Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq”.

Ə. Həsənov bildirib ki, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib: “Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”.

Açar sözlər:

Oxunub: 868