Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər - VİDEO


15:48     16 İyul 2018 18_07_16_1531727777.jpg


Bakıda iki sərnişin avtyobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücülər avtobusu saatda 120 kilometr sürətlə sürərək, sərnişinlərin həyatını təhlükəyə atıb. Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.

Femida.az XəzərXəbər-ə istinadla bildirir ki, görüntülər Aeroport yolunda lentə alınıb.

Videonu çəkən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür.

Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdiriblər.

Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspertlər xəbərdarlıq edir ki, bu cür sürücülər sərnişinlərin həyatlarını təhlükəyə atır.

Açar sözlər: #Bakı   #avtobus   #sürücsü   #avtoş  

Oxunub: 667