Cəlilabadda yük maşını dərəyə yuvarlandı: ölən var


16:07     16 İyul 2018 kanala%20asib%20yuk.jpg

Cəlilabad rayonunda yük maşını dərəyə aşıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Məmməd Nuriyev idarə etdiyi "QAZ-3321" markalı, 15 BS 691 dövlət qeydiyyat nişanlı yük maşınını dərəyə aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Fakta bağlı cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər: #Polis   #Sürücü   #Cinayət    

Oxunub: 433