Nardaran sakinindən silah götürülüb


16:10     16 İyul 2018 silah.PNG

Nardaran qəsəbə sakinindən silah götürülüb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Rəsul Ələkbərovun evindən “Ortsan” modelli lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər: #Nardaran   #DİN   #Sİlah   #polis  

Oxunub: 403