DİQQƏT! Bu yollarda rənglənmə işləri aparılacaq


16:16     16 İyul 2018 kuce%20renglenme.jpg

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər: #Yol   #Şamaxinka   #Xırdalan  

Oxunub: 515