Şirvanda itkin düşən oğlan Gəncədə tapıldı - FOTO


18:13     16 İyul 2018 itkin%20düşüb.jpg

Şirvanda itkin düşdüyü bildirilən gənc tapılıb.



Femida.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlunun Gəncə şəhərində olduğu məlum olub.

Onun iyulun 14-də 14.30 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilirdi.

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub.


***

Şirvanda 18 yaşlı oğlan 2 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.
Femida.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.

Boyu təxminən 172 santimetr olan Orxan Nağıyev evdən çıxarkən əynində cins şalvar, boz idman köynəyi və başında idman papağı olub.

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən Şirvan şəhər Polis Şöbəsinin 02121 5 14 50, 055 (050) 671 09 99 telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.




Femida.az

Açar sözlər:

Oxunub: 1394