“Aprel hadisələrindən sonra Ermənistandan kapital axını başlayıb” - Erməni KİV

“Aprel hadisələrindən sonra Ermənistandan kapital axını başlayıb” - Erməni KİV

12:38     16 İyul 2018 ermenistan6.jpg

Aprel hadisələrindən sonra Ermənistandan kapital axını başlayıb.


Femida.az xəbər verir ki, bu barədə "ru.1in.am"a saytında məqalə dərc edilib.

Müəllif bildirib ki, məxməri inqilabdan sonra Ermənistan iqtisadiyyatında böyük canlanma gözləyənlər məyus olub: "Keçmiş dövlər məmurları və ya hakimiyyətə yaxın iş adamları pullarını Ermənistandan tələsik çıxarırlar. Söhbət yalnız onların pullarını çıxarmasında deyil. Bu, məntiqlidir. Çünki istənilən vaxt Milli Təhlükəsizlik Xidməti onların gizli bankından xəbər tuta bilər".

Yazıda vurğulanıb ki, təhlükə yalnız ölkədən maliyyə vəsaitinin çıxması ilə yekunlaşmır: "Erməni iş adamları öz ticarətindən imtina edir. Deputat Açot Arsenyan "Cermuk" mineral su zavodunu Rusiyanın maliyyə qrupuna satmağı planlaşdırır. "Yerevan siti" suepermarketlər şəbəkəsinin sahibi Samvel Aleksanyan Rusiyanın məşhur "Maqnit" (sahibi erməni əsilli, Rusiya vətəndaşı Sergey Qaltski (Arutyunyan) - "Report") ticarət şəbəkəsi ilə danışıqlar aparır. "SAS" ticarət şəbəkəsi Artak Sarqsyanın sahibi ərəb ölkələrindən olan iş adamları ilə obyektin satılmasına dair danışıqlar aparır". (Report)

Femida.az

Açar sözlər: #Aprel   #Ermənistan   #Cermux  

Oxunub: 185