DİN Kürdəmirdəki ağır qəza ilə bağlı məlumat yayıb


17:06     16 İyul 2018 din-den%20seyyar%20xidmet.jpg

Daxili İşlər Nazirliyi Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 14-də saat 22 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində İmişli rayon sakini Mirdamət Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə M.Abbasov və sərnişinlərindən - nənəsi Naibə Rəhimova hadisə yerində ölüb, digər üç sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Femida.az

Açar sözlər: #DİN   #Kürdəmir   #qəza  

Oxunub: 400