Yağış yağacaq - Sabahın HAVAsı
17:50 16 İyul 2018
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
İyulun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Mülayim şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında
İyulun 17-də bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Xəbərdarlıq
Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- Yağış, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək
- Yağış, qar yağacaq, güclü külək əsəcək, temperatur 5-7 dərəcə enəcək
- Yağış yağacaq, dolu düşəcək - Sel təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Yağışa görə sürət həddi endirildi
- Yağış Bakının bəzi küçə və prospektlərində sıxlıq yaradıb, avtobuslar gecikir
- Yağış, qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ
- Yağış yağacaq, güclü külək əsəcək - Sabahın havası
- Yağış və daşqın İranda körpüləri dağıtdı
- Yağış yağacaq, külək güclənəcək