Qadın sürücü avtomobilini aşırdı - Bacısı öldü


18:09     16 İyul 2018 qadin%20surucu.jpg

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə iyulun 14-də Siyəzən şəhəri ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Sevda Kərimova "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün bacısı Zəhra Xələfova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı   #Qadın   #Sürücü  

Oxunub: 484