Tüfeyli həyatın sonu - Zibillikdə öldü


18:30     16 İyul 2018 2018/02/zibillik_0000_1518762728.jpg

Cəlilabad rayonunda zibillikdən meyit tapılıb.


Femida.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Kommunal Müəssisələri Kombinatının məişət tullantıları poliqonunda baş verib.

Poliqonda naməlum kişi meyiti aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində həmin meyitin 15 fevral 1956-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay və işsiz, Cəlilabad şəhəri, Əzizbəyov küçəsində qeydiyyatda olan Məmmədov Arzu Xudu oğluna məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, A.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş və yaşadığı konkret ünvan yoxdur.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Cəlilabad   #Poliqon  

Oxunub: 537