“Bakı Metropoliteni" işçi axtarır
18:39 16 İyul 2018
"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən yaşı 24-30 arasında olan, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.
Femida.az
Oxunub: 960
Oxşar xəbərlər
- “Bakı bəyannaməsi” imzalandı
- “Bakı Metropoliteni” maşinist axtarır
- “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır
- “Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb
- “Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb
- “Bakı Metropoliteni”ndə 2 milyon manatlıq təmizlik işləri görüləcək
- “Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
- “Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməlidir” - Yeni qanun
- “Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi
- “Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir