Gürcüstanın yeni baş prokurorunun adı məlum olub


19:22     16 İyul 2018 2018/07/shalva-tadumadze_1531740194.jpg

Gürcüstan parlamenti bugünkü iclasında Şalva Tadumadzeni ölkənin baş prokuroru vəzifəsinə təsdiq edib.


Femida.az-ın məlumatına görə, onun lehinə 101 deputat, əleyhinə isə 2 deputat səs verib.

Parlamentin qərarına əsasən, Ş. Tadumadze 6 il müddətinə baş prokuror vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. O, həmçinin Bidzina İvanişvilinin şəxsi vəkili kimi də çalışıb.

Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib.

Femida.az

Açar sözlər: #Gürcüstan   #prokuror  

Oxunub: 484