Tramp və Putin görüşü başa çatdı - YENİLƏNİB


22:25     16 İyul 2018 2018/07/tramp-putin-5_1531740660.jpg

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

Femida.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

Görüş 2 saat 10 dəqiqə davam edib.

Donald Tramp Vladimir Putinlə təkbətək görüşü “çox yaxşı başlanğıc” adlandırıb. Prezidentlər işgüzar nahar formatında danışıqları davam etdirib.

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

** 15-22

Əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Femida.az

Açar sözlər: #Tramp   #Putin   #Görüş  

Oxunub: 755