Azərbaycan ət idxalını azaldıb

Azərbaycan ət idxalını azaldıb

16:00     16 İyul 2018 et%20idxali.jpg

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 32 mln. 366,35 min dollar dəyərində 21 969,94 ton ət idxal edib.



Bu barədə Femida.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı müqayisədə 1 707,31 ton və ya 7,21% azdır. Məbləğ baxımından isə illik nisbətdə 3 mln. 148,72 min dollar və ya 8,87% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 35 mln. 515,07 min dollar dəyərində 23 677,25 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.

Açar sözlər:

Oxunub: 247