Mədəniyyət naziri Qazaxa gedir


22:10     16 İyul 2018 ebulfez_qarayev33.jpg

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax şəhərində vətəndaşları qəbul edəcək.


Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 20-də saat 11ºº-da Qazax şəhərində Ədəbiyyat muzeyində (Heydər Əliyev prospekti, 98A ) keçiriləcək qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə biləcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Açar sözlər:

Oxunub: 518