Putin: Trampla bir-birimizi başa düşdük”

Putin: "Trampla bir-birimizi başa düşdük”

21:54     16 İyul 2018 18_07_16_1531763228.jpg


“İki ölkə arasındakı münasibətlər çətin bir dövrdədir, amma mövcud gərgin atmosferin obyektiv səbəbləri yoxdur”.

Bunu Rusiya prezidenti Vladimir Putin Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Putin bir çox mövzuda aparılan müzakirələrdən sonra Trampla bir-birilərini başa düşdüklərini düşündüyünü söyləyib:

“Neft və təbii qaz sahəsində ABŞ böyük gücdür. Heç birimiz qiymətin ucuzlaşmasını istəmirik. Həmçinin, Ukrayna vasitəsilə təbii qaz ixracını davam etdirmək niyyətindəyik”.

Suriya böhranı haqqında da danışan Putin qeyd edib ki, birlikdə humanitar yardımlar ediləcək:

“Humanitar yardımlar edilərsə, qaçqınların köç riski azalar. Bu istiqamətdə Avropa ölkələri ilə də cəhdlərimizi artıracağıq”.

Putin Krım məsələsi barəsində isə bunları deyib:

“Tramp bunu “işğal” adlandırır. Lakin, biz orada referendum etdik”./qafəazinfo

Femida.az

Açar sözlər: Putin   Tramp  

Oxunub: 196