Qatil yalnız xaçpərəstləri öldürürdü – VİDEO


17:37     02 Oktyabr 2015 publika.az1443767424kollec.jpg

ABŞ-ın Oreqon ştatında kolleclərin birində tələbələrə atəş açan şəxsin kimliyi müəyyənləşdirilib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, polis cinayəti törədən şəxsin Rosberq şəhərinin 26 yaşlı sakini Kris Xarper Merser olduğunu açıqlayıb.

Daha əvvəl isə ştatın qubernatoru Keyt Braun Portlenddə çıxışı zamanı tələbələrə atəş açan şəxsin 20 yaşlı gənc olduğunu bildirib. Ancaq o, həmin şəxsin adını açıqlamayıb.

Xatırladaq ki, Oreqon ştatının Rezberq şəhərinin yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb. Silahlı hücum törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.

CNN kanalı isə hadisə ilə əlaqədar bəzi təfərrüatları açıqlayıb. Kanalın xəbərinə görə, Kris Xarper Merser məqsədyönlü şəkildə xaçpərəstləri öldürüb. Şahidlərin sözlərinə görə, silahlı kişi auditoriyalara daxil olub və xristian olduğunu deyənlərə atəş açıb.

Açar sözlər:

Oxunub: 949