Meşəni qırıb yeşik hazırlayan iş adamı cəzalandırıldı


13:39     17 İyul 2018 2018/06/yesik_1528436555.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 m3 həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1769,21 manat məbləğində ziyan tətbiq edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Femida.az

Açar sözlər: #Cəza   #Yeşik   #ETSN   #Cinayət  

Oxunub: 1691