57 yaşlı kişini ilan sancdı


13:50     17 İyul 2018 610x380xilan.JPG.pagespeed.ic.dMsB1YOkah.jpg

Zaqatalada 57 yaşlı kişini ilan sancıb.


Femida.az-ın məlumatına görə, bu gün səhər saat 07 radələrində rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Həmzət oğlu Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.

Femida.az

Açar sözlər: #Zaqatala   #ilan  

Oxunub: 502