Bakıda bu yol müvəqqəti bağlanacaq - Xəbərdarlıq

Bakıda bu yol müvəqqəti bağlanacaq - Xəbərdarlıq

10:20     17 İyul 2018 2018/07/Road_250712_1_1531808606.jpg

İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az
-a verilən məlumata görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 273