Sərhədçilər qadını ölümdən qurtardı


14:45     17 İyul 2018 2018/07/serhedciler_1531810116.jpg

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilib.



Dövlət Sərhəd Xidmətindən Femida.az-a daxil olan məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­mış və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib. Şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Vətəndaşın həyatı xilas edilib.

Femida.az

Açar sözlər: #Qadın   #Sərhəd   #Fizuli  

Oxunub: 2833