Şəkidə ev yanıb


15:14     17 İyul 2018 yangin_38673636.jpg

Şəkidə fərdi yaşayış evində yanğın olub.



Femida.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində rayonun Bideyiz kəndində, kənd sakini Namizəd Camal oğlu Mustafayevə məxsus, ümumi sahəsi 105 kv/m olan yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 80 kv/m-lik sahəsi və 30 kv/m-lik sahəsi olan otaq ev əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğından mühafisə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 399