Bu il ölkəyə 9588 maşın gətirilib
15:21 17 İyul 2018
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Femida.az-a verilən xəbərə görə, ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Statistik göstəricilərə əsasən 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.
Narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək