"Asan İmza" xidmətindən istifadəyə görə abunə haqqı artırıldı
16:32 17 İyul 2018
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC "Asan İmza" xidmətinin qiymətini artırır.
Femida.az -ın rəsmi mətbuata istinadən verdiyi məlumata görə, 15.08.2018-ci il tarixdən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan "Azercell" abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN (ƏDV daxil) təyin edilib. Bundan əvvəl abunə haqqı 1 AZN idi.
Beləliklə, 15.08.2018-ci il tarixdən "Asan İmza" xidmətinin istifadəçiləri - əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və 28.08.2017-ci il tarixinə qədər qoşulmuş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün aylıq abunə haqqı 2.50 AZN, göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 AZN təşkil edəcək.
Xatırladaq ki, hazırda "Asan İmza" xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün 18 AZN (ƏDV daxil), dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə 54,46 AZN (ƏDV daxil) təşkil edir.
Oxunub: 934
Oxşar xəbərlər
- ASAN xidmətin sədri media orqanlarının rəhbərləri ilə görüşdü
- ASAN-ın Çağrı Mərkəzi gücləndirilmiş rejimdə işləyir
- ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
- ASAN Qlobal Veb Forum başa çatdı
- ASAN Qlobal Veb Forumun açılış sessiyası olub
- ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı
- ASAN xidmət onlayn tərcümə xidmətini istifadəyə verib
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərdi
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərəcək
- ASAN Xidmət Masallıda "Yay festivalı" keçirdi