Çıraqlıda təxribat: BQXK-nın əməkdaşları atəşə tutuldu - YENİLƏNİB


20:24     17 İyul 2018 big_1416289352_ateskes9.jpg

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çıraqlı kəndi atəşə tutulub.

Femida.az ordu.az-a istinadla bildirir ki, hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb.

Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.

Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb. Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.

Onu da qeyd edək ki, atəşə tutulan su çəni Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qurulub və onun üzərində təşkilatın nişanı həkk edilib ki, düşmən arəşinə məruz qalmasın.

Düşmən cavab atəşi ilə susdurulub.


***

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.

Açar sözlər: #Ağdam   #Çıraqlı   #Atəşkəs  

Oxunub: 5940