Arvadını amansızlıqla qətlə yetirən şəxsə AĞIR CƏZA


18:54     17 İyul 2018 2018/03/hebs-cinayet_1520705954.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Abduləzimov 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov həyat yoldaşı Xalidə Günəşovanı baltalayaraq qətlə yetirib.

F.Abduləzimov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Femida.az

Açar sözlər: #Polis   #Həbs   #hakim   #Məhkəmə  

Oxunub: 431