Astara sakini dənizdə boğulub


20:34     17 İyul 2018 big_1404314237_bogulma.jpg

Astarada bir nəfər dənizdə boğulub.



Femida.az-ın məlumatına görə, rayon ərazisində dənizdə batan 19 yaşlı, Səlivə kənd sakini Tərlan Mirəli oğlu Şükürovun meyiti sudan çıxarılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 415