Daha 13 dövlət əmlakı özəlləşdirilib


22:12     17 İyul 2018 herrac0.JPG

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda Hərracda 7-si kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri yaşayış sahəsi olmaqla 13 dövlət əmlakı özəlləşdirilib.



Komitədən Femida.az-a verilən məlumata görə, bu əmlaklara verilmiş 14 sifarişdən 1-i elektron formada qəbul edilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 5-i Bakıda, digərləri isə Füzuli və Sabirabadda yerləşir.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 303 saylı mağazanın ümumi faydalı sahəsi 19,7 kvadratmetrdir. Adıçəkilən dövlət əmlakı sifarişçi tərəfindən 1750 manat ödənilməklə özəlləşdirilib. Digər bir hərrac iştirakçısı isə 12 min 500 manat ödəyərək ümumi faydalı sahəsi 249 kvadratmetr olan Sabirabad şəhəri, Nəsimi küçəsində yerləşən obyektə sahib olub.

Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Səbail, Nizami, Xətai və Suraxanı rayonlarındadır. Lənkəran şəhəri, Xarxatan kəndində yerləşən ümumi faydalı sahəsi 38,5 kvadratmetr olan obyekt üçün vətəndaş 2 min manat ödəyib.

Tovuzda Sabir küçəsində yerləşən, ümumi faydalı sahəsi 103 kvadratmetr olan obyektə 2 sifariş qəbul olunub. İştirakçılar arasındakı rəqabət ilkin hərrac qiyməti 10 min manat təyin olunan obyektin 12 min manata satışını mümkün edib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 24 iyulda baş tutacaq. Budəfəki hərraca investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 421