Gürcüstanda azərbaycanlılar saxlanıldı

Gürcüstanda azərbaycanlılar saxlanıldı

18:27     17 İyul 2018 2018/07/668786_1531832043.jpg

Gürcüstanda azərbaycanlılar saxlanılıb.


Femida.az xəbər verir ki, əsasən azərbaycalıların çox yaşadığı Qardabani rayonunun Qaracala kəndində və Tiflisin Poniçala qəsəbəsində polis narkotik alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu zaman qanunsuz narkotik maddə almaq və saxlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Evlərdə aparılan axtarış zamanı 18 paket heroin, 2 tapança, 1 ov tüfəngi, narkotik vasitə hesab edilən Buprenorfin, Suboteks, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu götürülüb. Bildirilir ki, saxlanılanları 8 ildən 20 ilədək, və ya ömürlük həbs gözləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 197