​Con Kerri: “TAP - strateji əhəmiyyətli layihədir“


19:10     02 Oktyabr 2015 2f42407a-03e1-44aa-bb9d-ec312940631c.jpg

Trans-Adriatik boru kəməri (TAP) layihəsi strateji əhəmiyyətə malikdir.


Femida.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Yunanıstanın baş naziri Aleksis Tsıpras və xarici işlər naziri Nikos Kotzias ilə görüşdə bildirib.

O, həmçinin, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun də əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qaz Avropaya nəql ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərasizində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində Avropaya çatdırılması planlaşdırılır. TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir./report/

Açar sözlər:

Oxunub: 700