Polislə terrorçular arasında atışma olub, 15 polis ölüb - ƏFQANISTANDA


01:12     18 İyul 2018 efqanistan4.JPG

Əfqanıstanın Qəndahar əyalətində terrorçu “Taliban” qruplaşmasının silahlıları ilə atışmada 15 polis əməkdaşı ölüb.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət başçısının mətbuat katibi Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, silahlıların Qəndaharın şimal-şərqində polisin Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 25 terrorçu məhv edilib: "Silahlı toqquşmada 6 asayiş keşikçisi ölüb, 10-u yaralanıb. Əyalətin cənub-şərqində polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşmada isə 9 polis həyatını itirib, 5-i yaralanıb".

Bildirilib ki, “Taliban” 4 Nəzarət-Buraxılış Məntəqəsini ələ keçirdiyini açıqlayıb.

Açar sözlər:

Oxunub: 446