İntihar, yoxsa qətl? +VİDEO


01:39     18 İyul 2018 18_07_17_1531847428.jpg

Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.


Müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış.

İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi-gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.

"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı", - deyə şahidlər bildiriblər.

Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".


(Sputnik)

Açar sözlər:

Oxunub: 2444