Dənizdə batan leytenant kimdir? - FOTOLAR


14:15     18 İyul 2018 2018/07/37263367_2340952645915693_2249054023913046016_n_1531895256.jpg

Dənizdə boğulan gənclərin meyiti tapıldı.

Bakının Sabunçu rayonunda dənizdə batan 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az xəbər verir ki,1995-ci il təvəllüdlü Ağamalıyev Səlim DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbəni leytenant rütbəsinə yenicə bitirib.Əldə etdiyimiz məlumata görə,A.Səlim yeni işi ilə bağlı təyinat olunubmuş və bu ayın 24-də işə başlayacaqmış.

Qeyd edək ki, o, dostu Nicat İbrahimovu xilas etmək istəyərkən özü də dənizdə batıb.






Miri Məcidli
Femida.az


Açar sözlər: #Dəniz   #DİN   #Ağamalıyev_Səlim  

Oxunub: 13770