Nazir Şabrana gedir - Vətəndaşlarla görüş olacaq


14:14     18 İyul 2018 2018/05/muxtar_1525180918.jpg

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şabranda vətəndaşları qəbul edəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 27 iyul saat 09:30-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə biləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i və Şabran Regional Meşə Mühafizəsi Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.

Femida.az

Açar sözlər: #Muxtar-Babayev   #Şabran  

Oxunub: 474