Azərbaycan erməni saytlarında monitorinq keçirdi - Saxtakarlıqlar aşkar olundu


14:31     18 İyul 2018 2018/07/ermen_1531896914.png


Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM - atsam.org.az) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsi çərçivəsində “Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi” adlı layihəni 01 may-31 iyul 2018-ci ildə həyata keçirməkdədir.

Layihə çərçivəsində Ermənistan mətbuatının aparıcı KİV-də və internet resurslarında Azərbaycan haqqında verilən informasiyalar dəyərləndirilib, Azərbaycana qarşı təbliğat istiqamətində hansı işlərin görüldüyü, hansı informasiyaların verildiyi, informasiyaların verilmə şəkli, manşet xəbər olması və s. araşdırılıb, mövzulara görə təsnif edilib.

Azərbaycan 29 ildir Ermənistan ilə müharibə şəraitində yaşayır. Ermənistan bu illər ərzində mətbuat vasitəsilə mütəmadi olaraq Azərbaycana qarşı təbliğat kampaniyası aparır və dezinformasiyalar verir. Bu təbliğat həm dövlət nəzarətində olan mətbu orqanlar tərəfindən, həm də müstəqil mətbu orqanlar tərəfindən aparılır.

Problemin aktuallığı ondadır ki, bu məsələ heç bir zaman gündəmdən düşmür. Ermənistanda ictimai rəyə yönəlik Azərbaycana qarşı təbliğat vasitələrindən necə istifadə edildiyini öyrənmək vacibdir.

Monitorinq zamanı rus dilində informasiya verən dörd (http://www.panarmenian.net, http://www.lragir.am, http://golosarmenii.am/, http://www.1in.am), erməni dilində informasiya verən iki (http://politik.am/, http://newspress.am/) internet səhifələrində monitorinq aparılmaqdadır.

Tədqiqatda aşağıdakı mövzular üzrə təsnifat aparılıb:

-Azərbaycanın daxili siyasəti barədə verilən informasiyalar;
-Azərbaycanın xarici siyasəti barədə verilən informasiyalar;
-Azərbaycanın iqtisadi siyasəti barədə verilən informasiyalar;
-Azərbaycanın region siyasəti (Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə)
-Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı (ötən ilin aprel ayında atəşkəsin pozulması, ümumən atəşkəsin pozulması, Minsk qrupunun bölgəyə səfərləri haqqında informasiyalar diqqətə alınacaqdır.) barədə verilən informasiyalar;
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən 01 may-31 iyul 2018 tarixlərində həyata keçirilən “Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi” adlı layihənin yekunlarına dair mətbuat konfransı 4 avqust 2018-ci il tarixində New Baku Hotelində (Həsən Əliyev (İnqilab) küçəsi, Bakı 1078) saat 11.00-da keçiriləcək.

Femida.az

Açar sözlər: #Avrasiya   #Təhlükəsizlik   #Qarabağ  

Oxunub: 843