Elmar Vəliyevin mühafizəçisi Gəncəyə qayıtdı - Səhhəti necədir?


16:10     18 İyul 2018 18_07_18_1531901438.jpg

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.

Femida.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Gəncə Beynəlxalq Hospitalından bildiriblər.

Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir:

"Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.

Xəstəxanadan onu da bildiriblər ki, Qasım Aşbazovun ümumi vəziyyətinin müayinə olunması üçün xarici ölkələrdən birinə göndəriləcəyi gözlənilir:

"Nəticə etibarilə bir mühafizəçi olaraq həyat qurtarıb. Onun sayəsində özü də, başçı da həyatdadır”.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 3100