Jurnalistlərin 3-cü binası nə vaxt təhvil veriləcək?


16:12     18 İyul 2018 jurnalist%20evi.jpg

Jurnalistlər üçün yeni binanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Femida.az-ın məlumatına görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, üçüncü bina 2020-ci ildə təhvil veriləcək.

Onun sözlərinə görə, hazırda binanın 3-cü mərtəbəsi inşa olunur. V.Səfərli qeyd edib ki, 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1053