54 qadın Türkiyə səfirliyinə müraciət etdi - Səbəb Adnan Oktardır


16:31     18 İyul 2018 18_07_18_1531902755.jpg


Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.

A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.

Məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar./AzEuroNews.com

Femida.az

Açar sözlər: #Türkiyə   #Adnan_Oktar   #qadın   #islam   #səfirlik  

Oxunub: 1793