Azərbaycanın polis mayoru ilə Ərdoğan arasında səmimi söhbət - VİDEO


16:54     18 İyul 2018 18_07_18_1531903989.jpg


Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada kikboks üzrə 9 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu olaraq bayrağımızı qaldıran mayor Araz Musayev Rəcəb Tayyib Erdoğanla görüşüb.

Görüş zamanı A.Musayev Ərdoğana Türkiyə dövlətinə sevgisini ifadə edib. O, bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır. (baku.ws)



Femida.az

Açar sözlər: #Ərdoğan   #Azərbaycan   #polis   #mayor  

Oxunub: 3374