DSX rəisi atışmada yaralanan baş çavuşu təltif etdi
17:46 18 İyul 2018
Bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yarası almış baş çavuş Kurupov Ramazan Məmməd oğlu sağalıb.
Femida.az-ın xəbərinə görə, çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.
Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.
Femida.az
Oxunub: 1312
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DSX-yə yeni sözçü təyin edilib
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- DSX-nin baş çavuşu intihar edib
- DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb