Əlillərə avtomobil verildi (FOTO)


20:02     02 Oktyabr 2015 1443775028.jpg

Müharibə əlili və onlara bərabər tutulan 100 nəfər şəxsə minik avtomobilləri təqdim edilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə il ərzində növbəti dəfə müharibə əlillərinə “Naz-LİFAN” markalı minik avtomobili verilib.

İndiyədək ölkədə dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 1.733 nəfərinə məhz 2014-cü il və bu ilin ötən dövründə minik avtomobili təqdim edilib.

Bununla son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verilib. İlin sonunadək bu proses davam etdiriləcək.

Qeyd edək ki, minik avtomobili ilə təmin olunanların 54 nəfəri Qarabağ müharibəsi, 9 nəfəri Böyük Vətən müharibəsi əlilidir. Onlardam 15 nəfəri Çernobıl AES və 1 nəfəri 20 Yanvar əlilidir.

Açar sözlər:

Oxunub: 952