Bir ildə qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb?

Bir ildə qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb?


19:18     18 İyul 2018 1276068124_mak-narkotich.jpg

Bu ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 1708, o cümlədən satışı ilə bağlı 525, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 118 fakt müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, faktlar üzrə 734,4 kiloqram narkotik vasitə, o cümlədən 483,4 kiloqram marixuana, 157,9 kiloqram tiryək, 70,1 kiloqram heroin, 8,3 kiloqram həşiş, 14,6 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə, 1 ton 126 kiloqram narkotik tərkibli çətənə, 6,4 kiloqram xaş-xaş bitkiləri götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 2,2 kiloqram güclü təsiredici xüsusiyyətə malik, 1,4 kiloqram zəhərli və 334,5 qram psixotrop maddə aşkar edilərək götürülüb.

Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkar edilərək məhv edilib.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 kiloqram çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 201