Xəzəri çirkləndirən 493 nəfər cərimələnib
19:38 18 İyul 2018
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər.
DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.
Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi - SİYAHI
- Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb
- Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
- Xəzəri ən çox çirkləndirən iaşə obyektlərinin adları açıqlanıb - SİYAHI
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq