ANAMA-nın 20 illik yubileyi qeyd olunur
19:41 18 İyul 2018
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyi təntənə ilə qeyd olunur.
Agentliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılması Azərbaycanda mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olmuşdur. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.
Agentliyin 20 illik fəaliyyəti ərzində 529 314 780 kv.m (52 931 ha) ərazi təmizlənmiş, 796 972 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın 20 illik yubileyi tədbirlərində Agentliyin əməkdaşlıq etdiyi bir sıra hökumət qurumlarının, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak edirlər.
Femida.az
Oxunub: 858
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb