Bakıda tuneli bağlayan gənclər tutuldu: Maşın alverçiləriymiş - VİDEO


19:46     18 İyul 2018 18_07_18_1531914412.jpg


Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.

Femida.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.



Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır.

Qeyd edək ki, bəzi saytlarda gənclərin məmur övladı olması haqda xəbər yayımlanmışdı.


Femida.az

Açar sözlər: #polis   #DİN   #yol   #tunel  

Oxunub: 3360