Xalq artisti fəlsəfə doktoru oldu


21:02     18 İyul 2018 18_07_18_1531919005.jpg


Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb.

Femida.az xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb.

Onun “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

“Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” - deyə Nazpəri paylaşıma rəy bildirib.



Femida.az

Açar sözlər: #Xalq_artisti   #fəlsəfə_doktoru  

Oxunub: 804