Gümrüdə atəş səsləri - Ermənilər təşvişə düşdü (VİDEO)


21:13     18 İyul 2018 18_07_18_1531919644.jpg


Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistanın Şirak vilayətinin Panik kəndində baş verən silahlı insidentlə bağlı araşdırma aparır.

Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gümrü bazasının şəxsi heyətlə iş üzrə komandiri Aleksey Polyuxoviç Gümrü vilayətin qubernatoru Karen Saruxanyanla görüşdən sonra bildirib.

“Biz bu məsələ ilə bağlı anlaşdıq. Artıq araşdırma aparırıq, mətbuat xidməti işin yekunları ilə bağlı barədə məlumat verəcək”.

Öz növbəsində Şirak vilayətinin qubernatoru Karen Saruxanyan bildirib ki, Rusiya hərbçiləri fors-major vəziyyətə görə üzr istəyib: “Bu ilk dəfə baş verdi, onlar da təsdiq etdilər ki, növbəti dəfə belə olmayacaq. Günahkarlar barəsində xidməti araşdırma aparılır və onlar mütləq məsuliyyət daşıyacaqlar” - Saruxanyan bildirib.

Onun sözlərinə görə, bu cür hərəkətlərin yerinə yetirilməsi zamanı vilayət administrasiyasına məlumat vermək lazım idi. Məlum olub ki, Rusiya hərbçilərinin təlimləri KTMT-nın xüsusi-taktiki təlimlərinin keçirilməsi planına uyğun olaraq keçirilib. Bu zaman boş patronlar istifadə olunub.

Bundan öncə Panik kəndinin rəhbəri Vardan Makeyan bildirib ki, Rusiyanın 102-ci Gümrü bazasının əsgərləri kəndin inzibati ərazisində (boş patronla) təlimlər keçirib. “Təlimlərin keçirilməsi barədə kənd rəhbərliyinə məlumat veriməyib. Nəticdə kənd əhalisi təşvişə düşüb. Əvvəlcə elə bildik ki, müharibədir. Çünki, atəş açırıdılar. 30 hərbçi kəndin yolunu bağladı. İnsanlar küçəyə çıxdı. Yaxşı ki, döyüş gülləsi deyildi. Xəbərdarlıq edilməmsi təhqiredici haldır. Ermənistan bunu Rusiyada etsəydi, indi onu faciə kimi qələmə vermişdilər”.



Femida.az

Açar sözlər: #Rusiya   #Gümrü   #Ermənistan   #hərbi  

Oxunub: 1477